İtaliyada həbs qoyulan 700 milyonluq yaxta Putinindir?
İtaliyanın Marina di Karrara şəhərində dəyəri 700 milyon dollar qiymətləndirilən “Şəhrizad” yaxtası Rusiyaya qarşı sanksiyalara görə həbs edilib.
“zirvetv.az” xəbər verir ki, bu barədə İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Kayman adaları bayraqlı super yaxtanın sahibinin kimliyi müəyyən edilməyib, lakin aparılan araşdırmalarla gəminin benefisiar sahibi ilə ölkənin tanınmış nümayəndələri arasında əhəmiyyətli iqtisadi və biznes əlaqələri üzə çıxıb.
ABŞ rəsmiləri isə 140 metrlik yaxtanın Rusiya Prezidenti Vladimir Putinlə əlaqəli ola biləcəyini deyir.
O da qeyd olunur ki, sözügedən yaxta uzun müddət hakimiyyət orqanlarının nəzarətində olub. Sonda isə Maliyyə Təhlükəsizliyi Komitəsinin təklifi ilə iqtisadiyyat və maliyyə naziri Daniele Franko yaxtaya həbs qoyulması barədə əmr verib.