Kubada tarixi hoteldə partlayış, ölənlərin sayı 18-ə çatdı

Dünya
7 May 2022
07:13
Kubanın paytaxtı Havanada şiddətli partlayış baş verib.

“zirvetv.az” xarici KİV-ə istinadən xəbər verir ki, tarixi “Saratoga” hotelində baş verən partlayışda 8 nəfərin həyatını itirdiyi, 30 nəfərin yaralandığı bildirilib.

Səlahiyyətlilər partlayışın baş verdiyi hotelin yaxınlığındakı məktəbdə uşaqların təxliyə edildiyini və vəziyyətlərinin yaxşı olduğunu açıqlayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***

“Saratoga” hotelində baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

“zirvetv.az ” Kuba hökumətinin tviter səhifəsinə istinadən xəbər verir ki, hamilə qadın və uşaq da daxil olmaqla həlak olanların sayı 18-ə çatıb.