Ukrayna ABŞ-dan kəşfiyyat məlumatı alıbmış..

Dünya
6 May 2022
09:15
Ukrayna tərəfi Rusiyaya məxsus “Moskva” kreyserini məhv etmək üçün ABŞ-dan kəşfiyyat məlumatı alıb.

“zirvetv.az” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindəki mənbə CNN-ə bildirib.

“Qara dənizdə Rusiyaya məxsus hərbi gəmini görən Ukrayna qüvvələri, onun əslində “Moskva” kreyseri olduğunu təsdiqləmək üçün amerikalı təmasları ilə əlaqə saxlayıb. Amerika tərəfi cavab verib ki, bu, həmin gəmidir və onun yeri ilə bağlı kəşfiyyat məlumatı verib”, - mənbə qeyd edib.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri kreyseri məhv etmək üçün özü qərar verib, ABŞ buna qarışmayıb.