Belarus Ukraynaya qarşı müharibədə iştirak etməyəcək” - Lukaşenko

Dünya
5 May 2022
23:00
Belarus Rusiya-Ukrayna müharibəsində iştirak etməyəcək”.

"Zirvetv.az” “BelTA”ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.


"Biz Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi xüsusi əməliyyatda iştirak etmək fikrində deyilik. Çünki buna ehtiyac yoxdur", - o qeyd edib.

Lukaşenkonun sözlərinə görə, Belarusun Rusiyaya təklif edə biləcəyi hər şey artıq var, buna görə də xüsusi əməliyyatda iştirak etməyə ehtiyac yoxdur.

Lukaşenka əlavə edib ki, ABŞ və Böyük Britaniya maraqlı olsaydı, Ukraynadakı müharibəni bir həftə ərzində və hətta ondan tez dayandırmaq olardı.