Putin mayın 9-da Ukrayna ərazilərinin ilhaqını elan edə bilər

Dünya
5 May 2022
22:59
Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Donetsk, Luqansk və Xerson vilayətlərinin ilhaqını elan edə bilər”.

“zirvetv.az” “RBC-Ukrayna”ya isitnadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.

Onun sözlərinə görə, indi Kremldə iki qruplaşma var. Onlardan biri Putinə mayın 9-da işğal olunmuş ərazilərin ilhaqını elan etmək lazım olduğunu deyir.

“Bir qruplaşma deyir ki, Donetsk və Luqansk vilayətlərinin, hətta Xerson vilayətinin, eləcə də hazırda Zaporojyedə işğal olunmuş ərazilərin ilhaqını mayın 9-da elan etmək lazımdır. İkinci tərəf deyir ki, ilhaq olarsa, Rusiyanın gələcək danışıqlar üçün əks reaksiya şansı olmayacaq”, - Denisenko bildirib.