Dünyada ötən sutka koronavirusa 494 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünya
21 Mrt 2021
09:43
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 494 mindən çox artıb.
Zirvetv.az "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 494 917 nəfər yeni koronavirusa yoluxub, 9 921 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 121 969 223, ölənlərin isə 2 694 094 nəfərə çatib

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.