Ruslar Xarkovu atəşə tutdu - Ölənlər var

Dünya
2 May 2022
09:42
Bu gün ruslar Xarkovun yaşayış məntəqələrini, xüsusilə Saltovka, Boqoduxov, Zoloçiv, Malaya Danilovkanı atəşə tutub. Nəticədə 3 nəfər həlak olub, 8 dinc sakin yaralanıb".

“zirvetv.az” UNİAN-a istinadən xəbər verir ki, bunu Xarkov qubernatoru Oleq Sinequbov deyib.

O, Xarkov vilayətində atəşə tutulma təhlükəsinin çox yüksək olduğunu xatırladıb və vətəndaşları imkan daxilində sığınacaqlarda qalmağa çağırıb.

"Əvvəlki günlərdə olduğu kimi, ən qaynar ərazi Xarkov vilayətinin İzyum istiqamətindədir. Burada düşmənin hücum əməliyyatları keçirməyə cəhdləri davam edir. Müdafiəçilərimizin effektiv hərəkətləri sayəsində bu cəhdlər uğursuz alınıb. Bu gün ruslar növbəti dəfə canlı qüvvə və texnikada böyük itki veriblər”, - deyə Sinequbov əlavə edib.