Ukrayna və Rusiya arasında sülh danışıqları dayandırıla bilər
Rusiya ilə sülh danışıqlarının dayandırılması riskləri çox yüksəkdir”.
“zirvetv.az” "UNİAN”a istinadən xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski Polşa mətbuatına müsahibəsində deyib.
O qeyd edib ki, Rusiya Federasiyasına nə qədər danışıqlar aparmaq üçün adamlar göndərsə də, yekun qərarı yenə də Vladimir Putin verəcək. Odur ki, yalnız iki dövlət başçısı arasında birbaşa danışıqlar səmərəli olacaq.
"Onlar nəyisə təsdiq edəndə mən buna inanmıram. Məsələn mübadilə. Bir növ mülki mübadiləni təsdiqləyirlər. Sonra nəsə səhv olur. Bu bir neçə dəfə təkrarlanır. Bu, bir nəfərin məsuliyyət daşıdığını göstərir. Buna görə də, yalnız ikimiz arasında birbaşa danışıqlar və nəyəsə dair birbaşa razılaşmalar yerinə yetirilə bilər. Bu, mənim inamım və bütün bu prosesin yekun anlayışıdır", - deyə Zelenski vurğulayıb