Türkiyə ordusu daha 10 terrorçunu məhv etdi

Dünya
27 Nis 2022
08:10
Türkiyə Silahlı Qüvvələri Suriyada PKK/YPG terrorçularına qarşı növbəti əməliyyat keçirib. Türkiyə ordusu daha 10 terrorçunu məhv edib.

"Zirvetv.az " xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, PKK/YPG silahlıları "Barış Pinarı", “Fərat Qalxanı” və “Zeytun budağı” əməliyyat zonalarında zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi terrorçuların Türkiyə Ordusunun nəzarətində olan əraziləri atəşə tutduğunu bildirib.