Bayden Ukraynaya təyin olunacaq yeni səfirin namizədliyini Senata göndərdi
ABŞ Prezidenti Co Bayden Ukraynaya səfir təyin olunması üçün Bridcet Brinkin namizədliyini irəli sürüb.
“zirvetv.az” xəbər verir ki, bu haqda Ağ Ev rəsmiləri bildirib.
Qeyd edək ki, 2019-cu ildə keçmiş prezident Donald Tramp Mari Yovanoviçi vəzifəsindən azad etdikdən sonra ABŞ-ın Ukraynada tamhüquqlu səfiri olmayıb. Kiyevdən Lvova, oradan da Polşaya təxliyə edilən səfirlik müvəqqəti işlər vəkili Kristina Kvinin rəhbərliyi altında işləyir.