Dünyada ilk dəfə H3N8 insanda aşkarlandı
Çində H3N8 quş qripinə insanın ilk yoluxma faktı qeydə alınıb.
“zirvetv.az” xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyası məlumat yayıb.
Məlumata görə, infeksiya Henan əyalətinin Çjumadan şəhərində yaşayan 4 yaşlı uşaqda aşkarlanıb. Uşağın vəziyyəti pisləşdiyi üçün aprelin 10-da xəstəxanaya yerləşdirilib.
Komissiyanın ilkin qiymətləndirməsinə görə, H3N8 ştammı hələ insanlara effektiv şəkildə yoluxdurmaq qabiliyyətinə malik deyil. Bu səbəbdən genişmiqyaslı epidemiya riski aşağı olaraq qalır.