İran Rusiyaya silah göndərib?

Dünya
24 Nis 2022
17:49
Rusiyanın Tehrandakı səfirliyi “İranın Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya silah göndərməsi” iddialarına münasibət bildirib.

“zirvetv.az” xəbər verir ki, Rusiya səfirliyi sosial media hesabından yaydığı açıqlama ilə iddiaları təkzib edib.

"Bəzi mətbuat orqanlarında İranın Rusiyaya silah dəstəyi verməsi ilə bağlı yayılan xəbərlər əsassızdır və həqiqəti əks etdirmir", -deyə açıqlamada bildirilib.

Qeyd edək ki, mediada İranın Ukrayna ilə müharibədə istifadə etmək üçün İran istehsalı olan “Bavar-373” müdafiə sistemi də daxil olmaqla, silahları İraq üzərindən Rusiyaya göndərdiyi barədə xəbərlər dərc olunub.