Yaponiyada ekskursiya çıxan gəmi batdı - Ölənlər var

Dünya
24 Nis 2022
17:47
Yaponyanın şimalında, Hokkaydoda ekskursiya gəmisi batıb.

“zirvetv.az ” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 16-nın isə axtarışları davam etdirilir.

Məlumata görə, dünən əlaqə kəsilən “Kazu I” ekskursiya kateri vəhşi təbiəti müşahidə etmək üçün 3 saatlıq tur çərçivəsində limandan ayrılıb.

Gəmi 27 kilometr şimal-şərqdə yerləşən Kaşuni şəlalələri bölgəsində “təcili vəziyyət” siqnalı verib.

Axtarışların davam etdiyi bildirilir.