ABŞ Ukraynaya daha 800 milyonluq hərbi yardım ayırdı

Dünya
21 Nis 2022
18:46
ABŞ Prezidenti Co Bayden Ukraynaya 800 milyon dollar məbləğində hərbi yardım ayırdığını açıqlayıb.

“zirvetv.az ” xəbər verir ki, Bayden bu barədə mətbuat konfransında bildirib.

Amerika lideri əlavə edib ki, ABŞ Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketi, o cümlədən ağır artilleriya və 144 min patron, həmçinin pilotsuz təyyarələr göndərir.

Bundan əlavə, ABŞ administrasiyası gələn həftə ABŞ Konqresinə Ukraynaya hərbi yardımı artırmaq üçün əlavə sorğu göndərəcək.

ABŞ həmçinin Ukraynaya 500 milyon dollar həcmində əlavə birbaşa iqtisadi yardım edəcək.