Lazımi silahlara çıxışımız olsaydı, müharibə çoxdan bitərdi“ - Zelenski

Dünya
20 Nis 2022
05:06
Əgər Ukrayna lazım olan bütün silahları əldə edə bilsəydi, biz Rusiyanın başlatdığı müharibəni çoxdan bitirmişdik".

“zirvetv.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

“Əgər ehtiyacımız olan bütün silahlara, tərəfdaşlarımızın və Rusiyanın istifadə etdiyi silahlara çıxışımız olsaydı, biz bu müharibəni çoxdan bitirib, sülh bağlamışdıq”, - deyə Zelenski bildirib.

Ukrayna ordusunun taktika və müdriklikdə üstünlüyünün olduqca aydın olduğunu deyən Zelenski Ukrayna silahlı qüvvələrinin möhkəm dayandığına və bütün xalqın cəsarətlə öz şəhərlərini müdafiə etdiyinə də diqqət çəkib.

O, həmçinin, Rusiya ordusunun bu müharibədə dünya tarixinə adını əbədi olaraq dünyanın ən barbar və qeyri-insani ordusu kimi yazdıracağını vurğulayıb.