Paşinyanın Rusiyaya səfər proqramı açıqlandı

Dünya
18 Nis 2022
18:18
Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 19 və 20-si Rusiyada rəsmi səfərdə olacaq.

“zirvetv.az_ın “Sputnik Ermənistan”a istinadən məlumatına görə, ölkənin Nazirlər Kabinetinin Mətbuat xidməti Paşinyanın səfər proqramını açıqlayıb.

Paşinyan səfər çərçivəsində ilk olaraq Rusiya Prezidenti Vladimir Putin və rusiyalı həmkarı Mixail Mişustin ilə danışıqlar aparacaq.

Bununla yanaşı, Paşinyan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşəcək.

Həmçinin Paşinyanın Nijni Novqorod şəhərinə səfər edəcəyi də planlaşdırılır