Rusiya ilə sülh sazişi iki ayrı sənəddən ibarət olmalıdır” - Zelenski
Rusiya ilə sülh sazişi iki ayrı sənəddən ibarət olmalıdır".
“zirvetv.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh müqaviləsindən danışarkən deyib.
“Onlardan biri Ukraynanın təhlükəsizliyinə zəmanət, digəri isə onun Rusiya Federasiyası ilə birbaşa əlaqəsinə dair olmalıdır”, - deyə Zelenski bildirib.
Dövlət başçısı qeyd edib ki, hazırda Britaniya, ABŞ, İtaliya və Türkiyə Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazırdır, lakin hələlik heç kimdən yekun cavab gəlməyib.