Ölüm qorxusu ilə vida videosu çəkdilər...
Bombardmandan sağ çıxa bilməyəcəklərini düşünən cütlük vida videosu çəkib.
“zirvetv.az” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin ilk günündən ağır hava hücumlarına məruz qalan Ukraynanın Qostomel bölgəsində bağ evində bir həftə ayaqyolunda gizlənərək qorunmağa çalışan gənc cütlük İqor Şerikxalin və Katerina Rıjkova vida videosu lentə alıb.
Təxminən bir həftə evdən çıxmadıqlarını qeyd edən Rıjkova, sadəcə silahlar dayananda pəncərədən baxdıqlarını, qonşularının sağ olub-olmadığını öyrənməyə çalışdıqlarını bildirib.
Çöldəki partlayışlardan evin titrədiyini ifadə edən Rıjkova, yaşadıqları ölüm qorxusundan sonra vida videosu çəkdiklərini vurğulayıb.