Fransa səfirliyi Kiyevə qayıtdı

Dünya
16 Nis 2022
09:07
Yeddi həftə Lvovda qaldıqdan sonra Fransanın Ukraynadakı diplomatik missiyası və səfir Etyen de Ponsin Kiyevə qayıdıb.

“zirvetv.az” xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Məlumata görə, Ukrayna paytaxtında səfirlik binası üzərində Aİ bayrağının yanında yenidən Fransa bayrağı dalğalanıb.

De Ponsin qeyd edib ki, Kiyev işğal edilməyib və diplomatlar dəstək vermək üçün Ukrayna hakimiyyətinə mümkün qədər yaxın olmaq istəyirlər.