Rusiya qoşunları Xarkov, Donetsk və Zaporojyeni vurmağa davam edir”

Dünya
14 Nis 2022
11:25
Rusiya qoşunları Xarkov, Donetsk və Zaporojye vilayətlərində obyektlərə zərbələr endirməyə davam edir”.

“zirvetv.az ” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, Rusiya ordusu Ukrayna ilə sərhədə aviasiya və artilleriya vasitələrini toplayır.

“Ukraynalı hərbçilər Donetsk və Luqansk vilayətlərinin ərazisində Rusiya tərəfinin 8 hücum cəhdinin qarşısını alıb, bir neçə tank, 4 zirehli döyüş maşını və 6 avtomobil texnikasl, eləcə də 1 artilleriya sistemi sıradan çıxarılıb. Bununla yanaşı, Ukrayna ordusu tərəfindən Rusiyanın 2 qırıcı təyyarəsi vurulub”, - deyə məlumatda qeyd olunub.