Ukraynanın işğal olunmuş bütün ərazilərində uşaqlar və böyüklər zorlanıb
Ukraynanın rus işğalçılarından azad edilmiş bütün ərazilərində, xüsusən Xerson, Xarkov, Çerniqov, Kiyev, Donetsk, Luqansk vilayətlərində qadınlara, kişilərə, qocalara, yeniyetmələrə və uşaqlara qarşı zorakılıq halları getdikcə daha çox qeydə alınır".
“zirvetv.az” unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna hökumətinin gender siyasəti üzrə komissarı Yekaterina Levçenko bildirib. Onun sözlərinə görə, mülki şəxslərə qarşı cinsi zorakılıq cinayətləri hazırda hüquq-mühafizə orqanları, Milli Polis, prokurorluq orqanları, eləcə də ictimai təşkilatlar tərəfindən qeydə alınır:
“Bu gün mülki şəxslərə qarşı bu cür cinayətlərin sənədləşdirilməsi, təkcə qurbanların deyil, həm də cinayətkarların müəyyən edilməsi vacibdir. Müharibə zamanı cinsi zorakılıq hərbi cinayətidir və ya insanlığa qarşı cinayətdir və heç bir məhdudiyyət müddəti yoxdur. Bilavasitə zorlayanlar cəzalandırılmalıdır, həm də onların komandirləri, Rusiya Federasiyasının hərbi və siyasi rəhbərliyi. Onlar ya belə əmrlər veriblər, ya da Ukrayna vətəndaşlarına qarşı işgəncə və zorakılığa səssizcə razılaşıblar”.