Medvedçukun xanımı kömək üçün Ərdoğana müraciət etdi

Dünya
13 Nis 2022
22:40
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinin ən yaxın müttəfiqi, oliqarx və müxalif siyasətçi Viktor Medvedçuk Ukraynada saxlanılıb.

“zirvetv.az_ın " Türkiyə mediasına istinadən məlumatına görə, Medvedçukun həyat yoldaşı Oksana Marçenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan ərinin azad edilməsi üçün kömək istəyib. Marçenko müraciətində bildirib:

“Cənab Prezident, siz dinc dialoqun tərəfdarısınız. Həyat yoldaşımın həyatına görə qorxuram. Sizin nüfuzunuz böyükdür. Onlar sizə hörmət edir, sizi dinləyirlər. Öz təsir gücünüzdən həyat yoldaşımın xilası naminə istifadə etməyiniz üçün yalvarıram”.