Rusiya XİN-dən Ukrayna ilə danışıqlar barədə - Açıqlama

Dünya
13 Nis 2022
22:28
Rusiya-Ukrayna danışıqları onlayn formatda davam edir.

“zirvetv.az ” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, tərəflər Ukraynanın neytrallıq statusu, silahsızlaşdırılması, nasistlərdən təmizlənməsi, rus dilinin statusunun bərpa edilməsi, ərazi reallıqları və digər məsələləri müzakirə edirlər