Rusiyada illik inflyasiya son 20 ilin rekordunu qırdı

Dünya
13 Nis 2022
22:23
Rusiyada illik inflyasiya son 20 ilin rekordunu qırdı

Rusiyada illik inflyasiya 17,5 faizə çatıb.

“zirvetv.az ” xəbər verir ki, bu barədə Rusiya Federal Statistika İnstitutu (Rosstat) məlumat yayıb.

Bildirilib ki, bu, 2002-ci ilin fevralından bəri ən yüksək səviyyədir.

Belə ki, 2-8 aprel tarixlərini əhatə edən həftə ərzində Qərb ölkələrinin sanksiyaları səbəbindən ölkədə məhsulların qiymətində ciddi artım müşahidə olunub.

Ekspertlər sanksiyalar səbəbindən ölkədə inflyasiyanın ilin sonuna kimi 20 faizə yüksələcəyini proqnozlaşdırırlar.