Mərmərədəki ekoloji problem belə görüntüləndi

Dünya
9 Nis 2022
08:11
Türkiyənin Mərmərə dənizində yaşanan ekoloji problemin səmadan qeydə alınmış görüntüsü yayımlanıb.

"Zirvetv.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, səmadan çəkilən görüntülərdə dənizin bəzi hissəsində uzun zolaq kimi yayılmış selikli təbəqə əks olunub.

Dəniz üzərində yaranan selik xəttinin xüsusən gəmilərin ətrafında daha çox yarandığı görünür.