Ukraynanı tərk edən kişilər geri qayıdarkən saxlanılacaqlar

Dünya
8 Nis 2022
08:40
Ukraynada hərbi vəziyyət rejimi tətbiq olunmağa başlayandan ölkəni lazımi icazə olmadan tərk edən bütün kişilər izahat almaq üçün geri qayıdarkən saxlanılacaqlar.

“zirvetv .az ” xəbər verir ki, bunu Ümumkrayna telemarafonunun efirində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov deyib.

Onun sözlərinə görə, fevralın 22-dən sonra Ukraynanı tərk edənlərin hamısı qeydə alınıb. Onlar geri dönərkən hansı məntəqədən keçərək, hansı hüquqi sənədlər əsasında ölkəni tərk etdiklərini izah etməli olacaqlar.