Ukrayna Rusiyanın yeni itkilərini açıqladı

Dünya
5 Nis 2022
12:18
Ötən sutka ərzində Ukrayna hərbçiləri Rusiyaya məxsus daha 3 təyyarə və 1 hava hücumundan müdafiə vasitəsini vurublar.

“zirvetv.az ” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, ümumilikdə fevralın 24-dən aprelin 5-nə qədər Ukraynada təqribən 18 500 rusiyalı hərbçi zərərsizləşdirilib.

Bununla yanaşı, bu müddət ərzində ukraynalı hərbçilər Rusiya Silahlı Qüvvələrinə məxsus 676 tank, 1858 zirehli döyüş maşını, 332 artilleriya sistemi, 107 reaktiv yaylım atəşi sistemi, 55 hava hücumundan müdafiə vasitəsi, 150 təyyarə, 134 helikopter, 1322 avtomobil texnikası, 7 gəmi/qayıq, 94 pilotsuz uçuş aparatı və 25 xüsusi texnikanı sıradan çıxarıb.