Tokayevə sui-qəsdin qarşısı alınıb Tokayevə sui-qəsdin qarşısı alınıb
Qazaxıstanın xüsusi xidmət orqanları Prezident Kasım-Jomart Tokayevə sui-qəsd hazırlayan xarici kəşfiyyat agentini saxlayıb.
“zirvetv.az.” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Milli Təhlükəsizlik Komitəsinin (DTK) mətbuat xidməti məlumat yayıb.
“2022-ci il martın 25-də Nur-Sultan şəhərində DTK-nin əks-kəşfiyyatı Qazaxıstan Prezidentinə və bir sıra yüksək səviyyəli şəxslərə qarşı sui-qəsd planlaşdıran xarici kəşfiyyat agenti, Qazaxıstan vətəndaşı A.-nı saxlayıb. Eyni zamanda o, xüsusi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktları törətməyi planlaşdırıb”, – məlumatda deyilir.