Pakistanın Baş naziri koronavirusa yoluxdu

Dünya
20 Mrt 2021
15:32
Pakistanın Baş naziri İmran Xan koronavirusa yoluxub.

“Zirvetv” xəbər verir ki, bu barədə onun səhiyyə müşaviri Faysal Sultan tvitter hesabında məlumat yayıb.

Həkim qeyd edib ki, Xanın verdiyi “COVID-19” testinin nəticələri müsbət çıxıb. Baş nazir hazırda evində müalicəsini davam etdirir.