Almaniyadan “Z” simvoluna qadağa
Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxilə fonunda Almaniya hökuməti Almaniya ərazisində “Z” simvolundan istifadəyə görə cinayət məsuliyyəti tətbiq edir.
“zurvetv.az
” xəbər verir ki, bu barədə “Reuters” Almaniya Daxili İşlər Nazirliyinin məlumatına istinadən məlumat yayıb.
“”Z” hərfi, əlbəttə ki, qadağan deyil, lakin onun istifadəsi bəzi hallarda Rusiyanın təcavüzkar müharibəsinin təsdiqi demək ola bilər", - Daxili İşlər Nazirliyi bildirib.
Qeyd edək ki, “Z” simvolu Rusiya-Ukrayna müharibəsində Rusiyaya dəstək kimi başa düşülür. Əsasən Rusiya hərbi texnikasının üzərində əks olunur.