Rusiya ABŞ səfirinə etiraz notası təqdim etdi
Rusiya Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putin haqqında söylədiyi qəbuledilməz fikirlərə görə ABŞ-ın Moskvadakı səfiri Con Sallivanı çağırıb və ona etiraz notası təqdim edib.
“zirvetv.az ” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Qeyd olunur ki, ABŞ Prezidentinin yüksək rütbəli dövlət xadiminə yaraşmayan bu cür açıqlamaları Rusiya-Amerika münasibətlərini qırılma nöqtəsinə aparır.
ABŞ səfirinə xəbərdarlıq edilib ki, Rusiyaya qarşı atılan düşmənçilik hərəkətlərinə qəti və sərt cavab veriləcək.
Daha əvvəl Co Bayden Vladimir Putini “qanlı diktator” və “quldur” adlandırmışdı.