Bu müharibə Çinə sərf etmir”
Çin Moskvanın planlarını bilsəydi, Rusiyanın Ukraynaya hücumunun qarşısını almağa çalışardı. Bu müharibə Çinə sərf etmir”.
“zirvetv.az” xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfiri Tsin Qan “Washington Post” üçün məqaləsində yazıb.
“İcazə verin, qeyd edim: Çinin bu müharibəni bildiyi, razılaşdığı və ya üstüörtülü şəkildə dəstəklədiyi iddiaları sırf dezinformasiyadır. Bütün bu iddialar yalnız günahı Çinin üzərinə atmaq və ləkə yaxmaq məqsədi daşıyır. Bizim əsas məqsədimiz müharibəni bitirmək və regional, qlobal sabitliyi qorumaqdır. Ukrayna ilə bağlı Çinin mövqeyi obyektiv və qərəzsizdir: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə tam riayət etmək, həmçinin bütün ölkələrin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək lazımdır”, - səfir yazıb.
O qeyd edib ki, Çin həm Rusiya, həm də Ukraynanın ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, dünyanın ən böyük xam neft və təbii qaz idxalçısıdır. Səfir həmçinin əlavə edib ki, işğal zamanı Ukraynada 6000-dən çox Çin vətəndaşı olub.