Ukraynalıların 92%-i Rusiyaya qalib gələcəklərinə inanır - Sorğu

Dünya
11 Mrt 2022
09:57
Ukraynalıların əksəriyyəti Rusiyanın ölkələrinə qarşı hücumunun dəf ediləcəyinə əmindir.

“zirvetv.az ” xəbər verir ki, bu barədə məlumat “Reytinq” sosioloji qrupunun 8-9 mart tarixlərində keçirdiyi sorğunun nəticələrində yer alıb.

Məlumata görə, sorğuda iştirak edənlərin 92%-i Ukraynanın bu hücumun öhdəsindən gələ biləcəyini düşünür. Həmçinin respondentlərin 57%-i Ukraynanın artıq gələcək həftələrdə, 18%-i bir həftə ərzində, 39%-i bir neçə həftə ərzində qələbə qazana biləcəyini bildirib.

Sorğuda iştirak edənlərin 18%-i isə hesab edir ki, müharibə bir neçə ay davam edəcək, yalnız 9%-i müharibənin yarım il və yaxud bir ildən sonra başa çatacağını düşünür.

Bununla yanaşı, sorğu iştirakçılarının 80%-dən çoxu qeyd edib ki, hər hansı şəkildə Ukraynanın müdafiə olunmasına kömək edirlər.

Respondentlərin 97%-i yaxın zamanlarda Ukraynada qalmağı planlaşdırırlar.