Ukrayna birbaşa danışıqlar üçün Putinə müraciət etdi

Dünya
8 Mrt 2022
05:29
Ukrayna Volodimir Zelenski ilə Vladimir Putin arasında birbaşa danışıqların aparılmasını istəyir.

“zirvetv.az ” unian.net-ə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba telemarafonun efirində deyib.

“Prezidentimiz heç nədən, o cümlədən Putinlə birbaşa görüşdən qorxmur. Putin də qorxmursa, görüşə gəlsin, oturub danışsın”, - XİN rəhbəri bildirib.

O, həmçinin martın 10-da Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün planlaşdırıldığını təsdiqləyib.