Dünya Bankı və BVF Ukrayna üçün 4,4 milyard dollarlıq yardım ayırır

Dünya
2 Mrt 2022
09:32
Gələn həftə Beynəlxalq Valyuta Fondu Ukraynanın 1,4 milyard dollar məbləğində fövqəladə maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etməyi planlaşdırır.

“zirvetv.az ” xəbər verir ki, bu barədə BVF-nin icraçı direktoru Kristalina Georgiyeva və Dünya Bankı Qrupunun prezidenti Devid Malpassin birgə bəyanatında deyilir.

Bundan əlavə, Dünya Bankı yaxın aylarda Ukraynaya 3 milyard dollarlıq yardım paketi hazırlayır.

“Ən azı 350 milyon dollarlıq sürətli büdcə dəstəyi əməliyyatından başlayaraq, önümüzdəki aylarda 3 milyard dollarlıq dəstək paketi hazırlayırıq. Bu, səhiyyə və təhsili əhatə edəcək. Bu paket bir neçə inkişaf tərəfdaşından maliyyənin səfərbər edilməsini əhatə edəcək”- bəyanatda bildirilir.