Montrö sazişinin verdiyi hüquqdan istifadə etmək qərarına gəldik” - Ərdoğan
Montrö Konvensiyasının ölkəmizə verdiyi səlahiyyətdən böhranın qarşısını alacaq şəkildə istifadə etmək qərarına gəldik. Biz Ukraynanın ərazi bütövlüyünə hörmətini dəstəkləyirik”.
“zirvetv.az ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamasında deyib.
“Biz Rusiyanın hücumunu qəbuledilməz hesab edirik və Ukrayna xalqının mübarizəsini yüksək qiymətləndiririk. Bu prosesdə bizim üçün önəmli olan öz mövqeyimizdir. Türkiyə BMT, NATO, Aİ başda olmaqla, üzv olduğu qurumlarda üzərinə düşən vəzifələri yerinə yetirib və yerinə yetirməyə davam edəcək.
Biz deyirik ki, nə Ukraynadan, nə də Rusiyadan vaz keçməyəcəyik. İkili standartlara məruz qalsaq da, iqtisadi və hərbi müttəfiqliyimizdən əl çəkmirik.
Afrikadan Cənubi Amerikaya qədər münasibətlərimizi sıx saxlayır, bizdən kömək istəyən heç bir cəmiyyətə və ya dövlətə yox demirik. Bəlkə də, yalan və böhtanla gündəlik siyasət aparıla bilər, amma Türkiyənin yüksək maraqlarını müdafiə etmək, inkişaf etdirmək olmaz.
Millətimizə lazım olan, ölkəmizin istiqamətini 1990-cı illərə deyil, 2053-cü illərə çevirəcək liderlər və idarəçilikdir. Qara dənizdəki böhranı dəf edəcəyimizə heç kim şübhə etməməlidir”, - Ərdoğan bildirib.
Xatırladaq ki, fevralın 24-ü Ukrayna Montrö sazişinin tələblərinə uyğun olaraq, Türkiyədən Dardanel və Bosfor boğazlarının bağlanmasını tələb edib.
Qeyd edək ki, Montrö sazişinə əsasən, Türkiyə boğazlarda silahlı qüvvələr saxlaya, bütün ölkələrin ticarət gəmiləri isə dinc dövrdə və müharibə şəraitində boğazlardan sərbəst istifadə edə bilər.
Belə ki, Türkiyə müharibədə iştirak edərsə, boğazlardan hər hansı bir gəminin keçməsinə icazə verilib-verilməməsini özü həll etməli, müharibədə özü iştirak etmədikdə isə digər vuruşan dövlətlərin hərbi gəmiləri boğazlardan keçməməlidir.
Həmçinin oxuyun: Çavuşoğludan Ukraynanın boğazların bağlanmasına dair tələbinə - Cavab
Türkiyə Qara dənizi Rusiya gəmilərinə bağlayıb?