Səudiyyə Ərəbistanında neft emalı zavoduna dronlarla hücum olub

Dünya
19 Mrt 2021
21:50
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda "Saudi Aramco" şirkətinin neft emalı zavodu dronlar tərəfindən hücuma məruz qalıb.

zirvetv.az məlumatına görə, Səudiyyə Ərəbistanı hökuməti faktı təsdiq edib.

Qeyd olunur ki, hadisə nəticəsində ölən və ya yaralanan olub. Zərbələrdən sonra zavodda yanğın başlayıb.

Hücumun neft məhsullarının tədarükünə ziyan vurmayacağı bildirilib.