Türkiyə əhalisinin sayı 84 milyonu ötüb

Dünya
4 Şub 2022
12:15
Türkiyədə 2021-ci ildə əhalinin sayı əvvəlki ilə nisbətən 1 milyon 65 min 911 nəfər artaraq 84 milyon 680 min 273 nəfərə çatıb.

“zirvetv.az ” xəbər verir ki, bu barədə məlumatı Türkiyə Statistika Təşkilatı (TÜİK) yayıb.

İstanbul şəhərinin əhalisi isə 378 min 448 nəfər artaraq 15 milyon 840 min 900 nəfər olub.