Zelenski Baydenlə telefonla danışdı
ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefonla danışıb.
“zirvetv.az ” xəbər verir ki, bu barədə Zelenski Tvitterdə məlumat paylaşıb.
O bildirib ki, uzun telefon danışığı zamanı Ukrayna ətrafındakı gərginliyin azaldılması üzrə son diplomatik səylər müzakirə edilib və gələcək üçün birgə tədbirlər haqqında razılığa gəliblər.
Bundan başqa ABŞ-ın Ukraynaya maliyyə dəstəyi imkanları da müzakirə olunub.
Həmçinin, Ukrayna lideri Baydenə davam edən hərbi yardıma görə təşəkkür edib.