Rusiya Qazaxıstanın strateji obyektlərinin mühafizəsini nəzarətə götürür

Dünya
9 Ock 2022
10:55
Rusiya Müdafiə Nazirliyinin aviasiya qrupu KTMT-nin Qazaxıstandakı missiyasında iştirak edən rusiyalı hərbçilərin hava ilə daşınmasını davam etdirir zirvetv.az Rusiya Qazaxıstanın strateji obyektlərinin mühafizəsini nəzarətə götürür” xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir. Qeyd edilir ki, desantçılar artıq aerodromları, sosial infrastrukturu və digər həyati əhəmiyyətli obyektləri mühafizə etməyə başlayıblar.

“Hava-desant bölmələri hərbi-nəqliyyat təyyarələrini Rusiyanın aerodromlarından daşıyıb, yükləri boşaltdıqdan sonra konvoy yerləşdirilmə məntəqələrinə yürüş edib, burada vəziyyət aydınlaşdırıldıqdan sonra KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin hərbi qulluqçuları tapşırıqları yerinə yetirməyə başlayıblar”, - deyə nazirliyin məlumatında bildirilir.