Azərbaycandan alınan mazut hesabına enerji böhranından çıxdıq” - Vuçiç

Dünya
20 Ara 2021
08:08
Serbiyada enerji böhranı Azərbaycan və İrandan mazut alınması hesabına aradan qaldırılıb”.


“zirvetv.az ” TASS-a istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç “Kostolac” istilik elektrik stansiyasına baxış zamanı deyib.

“Hazırda Serbiyada statistik səhv ərəfəsində olan 500 evdən başqa hamının elektrik enerjisi var. Hamını elektrik enerjisi ilə təmin edə bilmişik, şəbəkə dayanıqlıdır. Biz bir az sakitləşə bilərik, baxmayaraq ki, Avropanın əhəmiyyətli hissəsində tam xaos yenicə yaranmağa başlasa da, onu hər yerdə, bütün birjalarda, istənilən qiymətlər üzrə görmək olar”, - deyə Vuçiç qeyd edib.