İranda 5,1 bal gücündə zəlzələ

Dünya
14 Mrt 2021
19:43
İranın cənubunda 5,1 bal gücündə zəlzələ baş verib.

"Zirvetv" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 122 kilometr şimal-şərqdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.