Fransa Olimpiya oyunlarını boykot etməyəcək

Dünya
9 Ara 2021
12:59
Fransa 2022-ci ildə Çində keçiriləcək Olimpiya oyunlarını diplomatik boykot etməyəcək.

“xirvetv.az ” xəbər verir ki, bu barədə məlumatı Fransanın təhsil naziri Jan-Mişel Blanker açıqlayıb.

“Xeyr, Fransa bunu etməyəcək”, - deyə nazir məsələ ilə bağlı suala cavab verərkən bildirib.

Nazirin sözlərinə görə, bununla belə, Fransa siyasi səviyyədə müəyyən tədbirlər görəcək.

Xatırladaq ki, Çində insan haqlarının pozulması ilə əlaqədar ABŞ, Avstraliya, Kanada və Böyük Britaniya da Olimpiya oyunlarını diplomatik boykot ediblər.

Pekin Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Çinin paytaxtı Pekində keçiriləcək