Rusiyada mədən faciəsində ölənlərin sayı 52-yə çatdı - Yenilənib
Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” mədənində axtarış işləri zamanı xilasedicilərlə əlaqə itib.
“zirvetv.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, tüstüdən mühafizə qrupu ilə əlaqə kəsilib.
Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, xilasedici komandada 4-5 nəfər var.
Məlumata görə, mədənin dərinliklərində xilasetmə əməliyyatları aparan xilasedicilər dəstəsi metan qazının səviyyəsinin artması haqqında xəbərdarlıq siqnalından sonra əlaqəyə çıxmalı idilər. Lakin indiyədək onlarla əlaqə qurmaq mümkün olmayıb. Dəstənin neçə nəfərdən ibarət olduğu bildirilmir.
***
Kömür mədənində qəza nəticəsində itkin düşmüş şaxtaçıları axtaran xilasedicilərdən üçünün meyiti tapılıb.
Mədənin dərinliklərində xilasetmə əməliyyatları aparan xilasedicilər dəstəsi ilə yerli vaxtla saat 15:00-dan əlaqə itmişdi. Onlar metan qazının səviyyəsinin artması haqqında xəbərdarlıq siqnalından sonra əlaqəyə çıxmalı idilər.
***
Mədəndəki qəzadan sonra 35 şaxtaçıdan hələ də xəbər yoxdur.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Son məlumatlara görə, mədəndə baş verən qəzada ölənlərin sayı 14 nəfərə çatıb.
***
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı “RİA Novosti”yə bildirib ki, ilkin məlumatlara görə, altı xilasedici də daxil olmaqla 52 nəfər mədəndə baş vermiş qəzanın qurbanı olub.
Baş prokurorun müavini Dmitri Demeşinin sözlərinə görə, fövqəladə vəziyyətin səbəbi qığılcım nəticəsində yaranan metan partlayışı və mədənçilərin xəsarət alması ilə nəticələnən dinamik zərbə olub.
Böyük Britaniyanın saytında verilən məlumata görə, aparılan araşdırmalar çərçivəsində mədənin 47 yaşlı direktoru, onun 59 yaşlı birinci müavini və 36 yaşlı sahə müdiri saxlanılıb.
***
Mədən qəzasında xəsarət alanların sayı 57-yə çatıb. Bu barədə TASS məlumat yayıb. Məlumata görə, onların arasında xilasedicilər də var.
Həmçinin oxuyun: Rusiyada mədəndə yanğın, 6 ölü - Yenilənib