“Aİ-nin vaksinasiya strategiyasında səhvlərə yol verilib”

Dünya
14 Mrt 2021
11:53
Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans Avropa İttifaqının (Aİ) vaksinasiya strategiyasını preparatların sifarişi baxımından yanlış hesab edib.

“Zirvetv” xəbər verir ki, bu barədə o, “Tagesspiegel AM Sonntag” qəzetinə müsahibəsində bildirib.

“Doğrudur, həm Brüssel, həm də üzv dövlətlər tərəfindən vaksinlərin sifarişində səhvlərə yol verilib. Lakin tələsmək lazım deyil. Pandemiya bitəndən sonra nəyin səhv və nəyin düzgün edildiyini görə biləcəyik”, - Timmermans bəyan edib.

Bununla yanaşı, Timmermans vaksinlərin birgə sifarişini doğru addım adlandırıb. Lakin, onun fikrincə, bu razılaşma daha çox Almaniya kimi zəngin ölkələrin maraqlarına uyğun idi.