Türkiyədə güclü zəlzələ, 4 nəfər yaralanıb
Türkiyənin Ərzurum vilayətinin Köprüköy rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.
“zirvetv.az ” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerin 6,9 kilometr dərinliyində olub.
5,1 bal gücündəki zəlzələdən sonra daha yeddi afterşok qeydə alınıb.
Köprüköyün bəzi kəndlərində uçqunlar olub. İki nəfər uçqunların altından sağ çıxarılıb.
Hınıs avtomobil yolunda sürüşmə meydana gəlib. Yamacdan düşən qaya və torpaq səbəbindən yolda hərəkət dayanıb. Briqadaların səyləri nəticəsində yol yenidən hərəkətə açılıb.
***
Zəlzələdə 2 kənddə kiçik dağıntılar meydana gəlib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Tvitterdə məlumat verib.
Nazir bildirib ki, 4 nəfər xəsarət alıb. Bölgədə 5 təcili tibbi yardım maşını və 3 tibb komandası ilə ümumilikdə 27 tibb işçisi çalışır.