Miqrantlara qarşı kimyəvi maddələr istifadə edilib
Polşa təhlükəsizlik qüvvələri bu gün sərhəddə miqrantlara qarşı tərkibində zəhərli kimyəvi maddələr istifadə edib.
“zirvetv.az” “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, bu barədə Belarusun Radiasiya, Kimyəvi və Bioloji Mühafizə və Ekologiya İdarəsi məlumat yayıb.
İdarənin rəis müavini İqor Malik deyib ki, bu gün Belarus-Polşa sərhədində Polşa təhlükəsizlik qüvvələri qaçqınlara, o cümlədən, qadınlara və uşaqlara qarşı qıcıqlandırıcı təsir göstərən zəhərli kimyəvi maddələrdən istifadə edib.
İ.Malik qeyd edib ki, belə maddələr tənəffüs sistemini və gözləri zədələyir.
Qeyd edək ki, iki ölkə arasında qalmış qanunsuz miqrantlar Avropaya keçməyə cəhd edirlər.
Həmçinin oxuyun: Miqrantların hücumu zamanı polşalı polislər yaralandı
200-dək iraqlı vətənlərinə qayıtmağa razılıq verdi
Polşa-Belarus sərhədində vəziyyət gərginləşir
Belarus-Polşa sərhədində miqrantların sayı sürətlə artır
Belarus-Polşa sərhədində gözləyən miqrantlar...