Türkiyədə koronavirusa gündəlik yoluxma sayı 15 mini ötdü

Dünya
14 Mrt 2021
01:19
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Zirvetv” Türkiyə KİV-ə istinadən xəbər verir ki, sutka ərzində 65 nəfər pandemiyanın qurbanı olub

Bu gün 150 min 98 koronavirus testi aparılıb, onu da 15 min 82-sinin nəticəsi müsbət çıxıb.

Ağır xəstə sayı 1350 təşkil edir.

Son 24 saatda 15 min 287 nəfər koronavirusdan sağalıb, bununla sağalanların ümumi sayı 2 milyon 685 min 560-a yüksəlib.