Türkiyədə 4,7 ballıq zəlzələ oldu

Dünya
12 Kas 2021
16:32
Türkiyənin Malatya vilayətində 4,7 bal gücündə zəlzələ olub.

“zirvetv.az ” Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla 12:19-da qeydə alınıb.

Yeraltı təkanlar 6,93 km dərinlikdə baş verib.

Zəlzələdən sonra bir çox insan evlərindən küçəyə axışıb.

Dağıntı və xəsarət alanlar barədə hələ ki, məlumat daxil olmayıb.