Həbsdə olsa da, yenidən Gorusun meri seçildi

Dünya
11 Kas 2021
15:22
Ermənistanda həbsdə olan Aruş Aruşanyan Gorus icmasının rəhbəri seçilib.

“zirvetv.az ” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, seçkilər yeni Ağsaqqal Şurasının ilk iclası zamanı keçirilib.

Qeyd edək ki, Aruşanyan Gorusun meri olaraq iyulun 16-sı həbs olunub. O, səsvermənin gizliliyini pozmaqda, seçici hüquqlarının həyata keçirilməsinə mane olmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, qanunsuz sahibkarlıqda iştirakda, həmçinin dələduzluqda ittiham olunur.

Buna baxmayaraq, onun başçılıq etdiyi “Aruş Aruşanyan” bloku Gorusda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə qalib gəlib.